...

AZPROMO rəhbəri: Azərbaycan Qərbi Qazaxıstanla əməkdaşlıq prioritetlərini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2007 15:04 (UTC +04:00)
AZPROMO rəhbəri: Azərbaycan Qərbi Qazaxıstanla əməkdaşlıq prioritetlərini müəyyənləşdirib

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ 2-3 ay ərzində Azərbaycan və Qazaxıstan iş adamları arasında əldə edilən razılaşmaların reallaşdırılmasına başlanılacaq. Qeyd edək ki, bu razılaşmalar mayın 11-də Aktauda Qərbi Qazaxıstanın investisiya imkanlarına dair keçirilən sərgi zamanı əldə edilib. Bu barədə şənbə günü Azərbaycanın ixrac və investisiyaların təşviqi fondunun (AZPROMO) prezidenti Emil Məcidov məlumat verib.

"Azərbaycan Qazaxıstanda müxtəlif xidmətlərin, ərzaq mallarının, habelə tikinti sahələrində göstərilən xidmətlərin ixracatçısı rolunda çıxış etməyə hazırlaşır" - deyə Məcidov bildirib.

Əlaqələrin yaradılması və anlaşmaların həyata keçirilməsi məsələsində vasitəçi rolunda AZPROMO-nun tərəfdaşlıq ofisi çıxış edəcək.

Azərbaycan şirkətləri Aktau şəhərinin yenidən qurulması, dəniz infrastrukturunun yenidən qurulması və inşası, habelə neft-qaz sektorunda fəaliyyət göstərmək niyyətini açıqlayıblar.

Azərbaycanın "Caspian Service" şirkəti artıq Aktauda yaşayış binasının tikintisinə başlayıb. İqtisadi inkişaf naziri Heydər Babayevin Qazaxıstana səfəri zamanı binanın təməlinin qoyulmasının rəsmi mərasimi keçirilib.

Azərbaycan nümayəndə heyətinin Qazaxıstana səfəri İqtisadi İnkişaf Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə baş tutub. Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinə qeyri-neft sektorunda çalışan 20-dan şirkətin təmsilçisi daxil olub.

Xəbər lenti

Xəbər lenti