...

Gürcüstandan Rusiyaya Azərbaycan ərazsi ilə hərbi texnika eşelonu bu il birinci dəfə göndərilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2007 19:15 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Gürcüstandan Rusiyaya Azərbaycan ərazsindən ləğv olunan Rusiya hərbi bazalarının birinci hərbi texnika eşalonu çərşənbə axşamı göndəriləcək. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Dəmir Yolundan məlumat verilib.

53 hərbi texnika vahidindən ibarət yükün ümumi çəkisi 700 tondan çox təşkil edir. Bu, 2007-ci ildə Gürcüstan ərazisindən Rusiyaya göndərilməsi planlaşdırılan 19 hərbi dəmiryol eşelonundan birincisidir. Gürcüstandan Rusiya hərbi bazalarının çıxarılması prosesi gələn il bərpa olunacaq. Gürcüstanda Rusiyanın hərbi mövcudluğu 2008-ci il ərzində başa çatacaq.

Azərbaycan Dövlət Dəmir Yolu nümayəndələrinin qeyd etdikləri kimi, keçən il Rusiya tərəfi respublika ərazisindən bu il hərbi bazanın texnikası olan 400 vaqonun keçməsi üçün ərizə təqdim edib. Lakin sonra bu göstəricinin artırılması barədə qərar qəbul olunub. Vaqonların keçməsi MDB və Azərbaycanda qəbul olunmuş təhlükəsizlik tələblərinə müvafiq olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti