...

Ekspertlər Bakıda daşınmaz əmlak qiymətlərində ikifaizlik artım qeyd edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Martda Bakının daşınmaz əmlak bazarında qiymətlər 2 faiz artaraq orta hesabla 948 dollara (kv.m) çatıb. Halbuki fevralda müvafiq göstərici 929 dollara bərabər idi.

Bu barədə "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai təşkilatının yaydığı məlumatda deyilir.

Martda Bakıda 502 binanın inşası davam etdirilib. Tikinti şirkətlərinin sayı isə 226 olub. Tikililərdə mərtəbələrin orta sayı 15,3 təşkil edib.

Əvvəlki aylarda olduğu kimi, daşınmaz əmlak qiymətlərinin artımı Bakının Nəsimi və Nərimanov rayonlarında müşahidə olunub. Birinci (mərkəzi) zonada 1-2 otaqlı mənzillərə tələbat çox olub. Təkliflərin əksəriyyətini isə 4-5 otaqlı mənzillər təşkil edib.

Şəhərin üçüncü və dördüncü zonalarında bu göstəricilər tərs mütənasib olub.

Yanvar-mart aylarında Bakının daşınmaz əmlak bazarında çoxotaqlı mənzillərin qiymətlərində əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Bu, onların şəhərin mərkəzinə yaxınlığı ilə əlaqələndirilir.

Binaların kateqoriyası üzrə qiymətlərin analizi göstərib ki, əhalinin daha imkanlı hissəsi üçün nəzərdə tutulan mənzillərin qiymətlərindəki artım, digər təbəqələr üçün nəzərdə tutulan mənzillərlə müqayisədə çox olub.

Xəbər lenti

Xəbər lenti