...

Birinci rübdə xarici investisiyaların 83,3 faizi neft-qaz sahəsinə qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2007 18:39 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın Dövlət Statistika Komitəsi 2007-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyalar üzrə ilkin məlumatları təsdiq edib. Çərşənbə axşamı Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, xarici investisiyaların ümumi həcmi 1017,1 mln. dollar təşkil edib. Ümumi həcmin 90,2 faizi (917,4 mln. dollar) birbaşa investisiyaların payına düşüb, 8,6 faizi (87,7 mln. dollar) maliyyə kreditləri kimi iqtisadiyyata qoyulub.

2006-cı ilin birinci rübü ilə müqayisədə neft-qaz sahəsinə qoyulan investisiyalar 7,3 faiz azalıb. Lakin onların investisiya qoyuluşlarının ümumi həcmində xüsusi çəkisi 83,3 faiz təşkil edib. Hesabat dövründə birgə və xarici investisiyalı müəssisələr ölkənin neft-qaz sahəsinə 70 mln. dollar qoyub, onların əmanətləri 4,9 faiz artıb.

Xəbər lenti

Xəbər lenti