...

Mart ayında Bakıda qeyri-yaşayış obyektlərinin hər kvadratmetrinə görə qiymət təqribən 2460 dollara qədər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2007 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ "Trend.Capital" / Mart ayında Bakıda qeyri-yaşayış obyektlərinin hər kvadratmetrinə görə qiymət fevralda olan 2312$-a qarşılıq təqribən 2460 dollara qədər artıb. Bu barədə "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin məlumatında bildirilir.

Qeyri-yaşayış obyektlərinin təkliflər paketi 4,1 faiz azalıb, artım yalnız şəhərin ikinci zonasında 1,4 faiz həddində müşahidə olunub. Mart ayında qeyri yaşayış obyektlərinin gəlir əmsalı 3 faiz təşkil edib.

Mart ayında ofis üçün 100 kavadratmetr sahə ilə hər kvadratmetr üçü qiyməti 20-25 dollra olan ofis sahələri daha cəlbedici olub.

Birliyin məlumatlarına görə, mart ayında icarə qiymətləri 8,9 faiz artıb. Fevaral ayı ilə nisbətdə bağlanmış müqavilələrin sayı 8,1 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti