...

AZAL rəhbəri: "Azərbaycan Mülki Aviasiya İdarəsi fəaliyyətə başlayacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 14:54 (UTC +04:00)
AZAL rəhbəri: "Azərbaycan Mülki Aviasiya İdarəsi fəaliyyətə başlayacaq"

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan Dövlət Mülki Aviasiya İdarəsi bir ay ərzində fəaliyyətə başlayacaq. Bu barədə çərşənbə günü Bakıda keçirilən ikigünlük "Caspian Air Cargo Summit-2007" çərçivəsində AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərov bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin 20 aprel 2007-ci il fərmanı ilə aprelin 21-dən Dövlət Mülki Aviasiya İdarəsinin təsdiq olunmuş əsasnaməsi qüvvəyə minib.

Əsgərovun sözlərinə görə, İdarənin iş planının hazırlanması başa çatdırılıb.

"İdarə prezident tərəfindən Mülki Aviasiyaya kimin rəhbər təyin ediləcəyi barədə fərmanı gözləyir" - deyə AZAL DK prezidenti bildirib.

İdarənin işçi heyətinin sayı 49 nəfərdir.

Azərbaycan Dövlət Mülki Aviasiya İdarəsi Azərbaycan prezidentinin 29 dekabr 2006-cı il fərmanı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti