...

Nəqliyyat nazirinin müavini: "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə ekspertlərin Bakıdakı görüşü uğurlu keçib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 15:07 (UTC +04:00)
Nəqliyyat nazirinin müavini: "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə ekspertlərin Bakıdakı görüşü uğurlu keçib"

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Mayın sonuna qədər Türkiyənin "Yuksel Domonik" layihələndirmə şirkəti Türkiyə-Gürcüstan sərhədindən Axalkalakiyə (Gürcüstan) qədər dəmir yolu magistralı hissəsinin tikintisi üzrə bütün layihə sənədlərini təqdim edəcək. Çərşənbə günü Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahovun jurnalistlərə bildirdiyi kimi, "Yuksel Domonik"in paketinə dəmir yolu üçün torpaq sahələrinin alınması məsələləri və onun bilvasitə tikintisi daxil ediləcək.

"İyunun sonu Texniki-iqtisadi əsaslandırma (TİƏ) və bu sahənin tikintisi üzrə tender sənədləşdirilməsi təqdim olunacaq" - deyə nazir müavini bildirib.

Türkiyə-Gürcüstan sərhədindən Axalkalakiyə (Gürcüstan) qədər dəmir yolu magistralı hissəsi Bakı (Azərbaycan)-Tbilisi (Gürcüstan)-Qars (Türkiyə) marşrutu üzrə dəmir yolunun yaradılması layihəsi çərçivəsində tikiləcək.

Pənahovun sözlərinə görə, iyunun sonunda Gürcüstan və Azərbaycan nəqliyyatçıları "Yuksel Domonik"in təqdim etdiyi layihəni birgə nəzərdən keçirəcək.

"Əgər iradlar olsa, layihələndirənlər onları nəzərə alacaq. İradlar olmasa, bu sahənin tikintisi üzrə podratçının seçilməsi üçün tender elan olunacaq" - deyə Pənahov bildirib.

Azərbaycan hökumətindən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə layihənin koordinatoru Nəqliyyat Nazirliyi təyin olunub. Hökumətdən Gürcüstana bu ölkədə layihənin reallaşdırılması üçün 200 mln. dollar kredit ayrılacaq. Vəsaitlər Azərbaycan Dövlət Neft Fondundan təqdim olunacaq.

Nazir müavininin sözlərinə görə, Axalkalaki stansiyasında da işlər davam etdiriləcək. "O cümlədən, daşınma tərkibi, yolların texniki nəzarəti aparılacaq. Daha geniş olan bu layihə iyulda hazır olacaq" - deyə o bildirib.

"Yuksel Domonik" tərəfindən TİƏ hazırlanandan sonra iki lot üzrə tender elan olunacaq:

1) Türkiyə-Gürcüstan sərhədindən Axalkalakiyə qədər dəmir yolunun tikintisi;

2) Axalkalaki stansiyasının inkişafı.

"Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan tərəfindən maliyyələşmə hələ başlamayıb. Kredit layihənin hazırlanması, TİƏ-nin təsdiqi və tenderin elan olunmasından sonra açılacaq. Biz həmçinin layihə üzrə nəzarətin həyata keçirilməsi üzrə strukturun işini yenidən maliyyələşdirməliyik " - deyə o bildirib.

Çərşənbə axşamı Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat adminstrasiyaları nümayəndələrinin görüşü keçirilib. Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin reallaşdırılması məsələsi müzakirə olunub.

Nazir müavini görüşü kifayət qədər səmərəli qiymətləndirib. "Görüş layihənin reallaşdırılması üzrə bütün məsələlərin müzakirəsinə həsr olunmuşdu. Layihə ilə bağlı cari vəziyyət barədə danışan Türkiyə mütəxəssislərinin məruzələri dinlənilib" - deyə Pənahov bildirib.

Xəbər lenti

Xəbər lenti