...

"Daşınmaz əmlak bazarının iştirakçıları" Bakının torpaq bazarında orta qiymətləri açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ "Trend.Capital" / Mart ayında Bakının torpaq bazarında bir sotun qiyməti orta hesabla 19679 dollar olub. Bu barədə çərşənbə günü "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyindən məlumat verilib.

Mart ayında Bakının daşınmaz əmlak bazarına 274 ha torpaq sahəsi təklif olunub ki, bunun 41 faizi boş sahələr, qalan hissəsi isə köhnə yaşayış sahələrinin ərazisi olub.

Yeni tikintilər üçün olan ərazilərin 13 faizi yararsız tikililərin, 17 faizi isə sənaye və məişət obyektlərinin söküldüyü ərazilərdir.

Torpaq sahələrinin qiymətlərinin artımı əsasən Bakının Nəsimi, Nərimanov, Yasamal və Suraxanı rayonlarında müşahidə olunub. Şəhərin digər rayonlarında qiymətlər stabil olub.

Mart ayında ən baha torpaq sahəsi Nəsimi rayonunda sotu 320 000 dollara satılıb, ən ucuz isə Abşeron rayonunda sotu 230 dollara olub.

Xəbər lenti

Xəbər lenti