...

Azərbaycan Beynəlxalq Bankının rəhbəri Community of Global Growth Companies-in açılış mərasimində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 21:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Beynəlxalq Bankı Dünya İqtisadi Formunun (World Economic Forum) aparıcı strukturlarından olan Qlobal İnkişaf Şirkətləri Cəmiyyətinin (Community of Global Growth Companies) tamhüquqlu üzvü olub. Bu barədə ABB-dən məlumat verilib. Cəmiyyətə fəaliyyətinin son iki ilində 15%-dən artıq böyümə potensialı nümayiş edən, qazanclığı (yerləşdiyi ölkəyə görə) ən az 200 milyon ilə 2 milyard ABŞ dolları arasında olan dünyanın aparıcı şirkətləri üzv statusunda qəbul edilir.

Cəmiyyətin 6-8 centyabr 2007-ci il tarixində Çinin Dalyan şəhərində keçiriləcək açılış toplantısında cəmiyyətə üzv şirkətlərin rəhbərləri, Dünya İqtisadi Forumunun aparıcı mütəxəssisləri, nüfuzlu elm adamları və iş dünyasının tanınmış xadimləri ilə birlikdə dünya iqtisadiyyatının mövcud problemlərini və gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Dünya İqtisadi Formunun Qlobal İnkişaf Şirkətləri Cəmiyyəti kimi dünyanın elit iqdisadi klubunun hər il təkrarlanacaq illik toplantıları qlobal iqtisadiyyat və iş dünyasını yaxından maraqlandıran bir sıra məsələlərdə yaxın gələcək üçün həlledici qərarların formalaşacağı iqtisadi platforma rolunu oynayacaq.

Cəmiyyətin bu ilki açılış toplantısına Azərbaycandan Beynəlxalq Bankının sədri Cahangir Haciyev iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti