...

İqtisadi İnkişaf Nazirliyi "Poyri" şirkətinin Azərbaycanda məişət tullantıları emalı zavodunun inşasına dair hesabatını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi mayın sonunadək ölkədə məişət tullantıları emalı zavodunun inşası layihəsinə maraq göstərən üç şirkətin təkliflərinin analizinə dair hesabatı nəzərdən keçirməyi planlaşdırır. Nazirlikdən verilən məlumata görə, sözügdən hesabat Finlandiyanın "Poyri" şirkəti tərəfindən EBARA (Yaponiya), EVN (Avstriya) və CNİM (Fransa) şirkətlərinin təklifləri əsasında hazırlanıb.

Hesabatda təkliflərin müsbət tərəfləri və çatışmazlıqları yer alıb. Onların hamısının vahid yanaşması var və zavod üçün lazımi texnologiyaların müəyyənləşdirilməsi üçün Bakıdakı poliqonlardan tullantıların nümunələrini götürüblər. Çünki Azərbaycanda bərk tullantıların tərkibi Avropa ölkələrdəki tullantılardan fərqlidir. Bəzi şirkətlər tullantıları yandırmağı, digəriləri isə tullantılardan kağız istehsal etmək üçün emal zavodu tikməyi təklif edir. Layihənin dəyəri də təklif və texnologiya seçimindən asılı olacaq. Birinci mərhələdə Bakıda bir tullantı emalı zavodunun inşası planlaşdırılır. Layihəyə 2007-ci ilin sonunadək başlanacağı gözlənilir.

Rəsmi məlumatlara görə, Bakı və ətraf ərazilərdə ildə 775 min ton məişət tullantısı yığılır.

Xəbər lenti

Xəbər lenti