...

VİSA beynəlxalq ödəmə sisteminin meneceri: "Azərbaycan plastik kartların sayına görə Cənubi Qafqazda liderdir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 15:29 (UTC +04:00)
VİSA beynəlxalq ödəmə sisteminin meneceri: "Azərbaycan plastik kartların sayına görə Cənubi Qafqazda liderdir"

Gürcüstan, Tbilisi /müx. Trend S.Əliyev/ 2006-cı ildə Azərbaycan bazarında plastik kartların sayı artaraq 1,131 mln. ədəd təşkil edib. Bu, 2005-ci ilin göstəricisindən 71 faiz çoxdur. Bu məlumatı cümə günü Tbilisidə keçirilən "Banklar və maliyyə" ikinci Qafqaz beynəlxalq konfransında VİSA beynəlxalq ödəmə sisteminin MDB üzrə meneceri Svetlana Georbelidze verib. Qeyd edək ki, sözügedən konfrans və sərgi "İteca" şirkəti tərəfindən təşkil edilib.

Georbelidzenin sözlərinə görə, 2006-cı ildə Azərbaycanda plastik kartların dövriyyəsi 2005-ci ilin göstəricisi ilə müqayisədə 16 faiz artaraq 998 mln. dollar təşkil edib. Ölkənin ticarət şəbəkəsində plastik kartların dövriyyəsi isə 64 mln. dollara bərabər olub. Bu da 2005-ci ilin müvafiq göstəricisindən 131 faiz çoxdur.

2006-cı ilin nəticələrinə əsasən, Azərbaycanda 1703 POS-terminal fəaliyyət göstərib. Bu isə öz növbəsində 2005-ci ildəki göstəricidən 71 faiz çoxdur.

"Azərbaycan plastik kartların sayına görə Rusiya, Ukrayna, Qazaxıstan və Belarusdan sonra beşinci yeri tutur. Cənubi Qafqaz ölkələri arasında isə birincidir" - deyə Georbelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan bazarında 2006-cı ildə plastik kartların sayı 771

minədək artıb. Müvafiq olaraq həmin il plastik kartların ümumi dövriyyəsi 700 mln., ölkədaxili ticarət şəbəkəsindəki dövriyyəsi isə 48 mln. dollar təşkil edib.

Georbelidze həmçinin Ermənistanla bağlı məlumat verib. O qeyd edib ki, 2006-cı ildə Ermənistanda plastik kartların sayı 85 min olub. Müvafiq olaraq plastik kartların ümumi dövriyyəsi 144 mln., ölkədaxili ticarət şəbəkəsindəki dövriyyəsi isə 19 mln. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti