...

AYİB-in Kazandakı biznes-forumunda Azərbaycanın investisiya imkanlarının təqdimatı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 17:46 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/19-21 may tarixdə Kazanda (Tatarıstan) Avropa Yenidənqurma və İnkişaf Bankının işlər müdirləri Şurasının XVI iclası çərçivəsində "Yeni sərhədlərdə maliyyələşdirmə" biznes-forumu keçiriləcək.

Cümə günü İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata əsasən, Azərbaycanın təqdimatı mayın 21-nə planlaşdırılıb. Təqdimat "İnvestisiya imkanları: yerli və xarici investisiyaların neftlə əlaqədar olmayan sahələrə cəlb olunması; Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) mandatı və investisiyaların cəlb olunmasında onun rolu" mövzusunda keçiriləcək.

Hökumət tərəfindən təqdimatı Azərbaycanın iqtisad inkişaf nazirinin müavini Mikail Cabbarov, biznes-strukturlarından isə AİŞ-in icraçı direktoru Anar Axundov aparacaq. Təqdimatda AYİB-dən aparıcı Avropa Banksnın Azərbaycan, Gürcüstan və Ermənistan üzrə departamentində şöbə müdiri Maykl Deyvi olacaq.

Forumun proqramı çərçivəsində bir plenar iclasın və bir sıra dəyirmi masaların keçirilməsi nəzərdə tutulur. Dəyirmi masalar aşağıdakı mövzularda olacaq: regional inkişafın aləti kimi xüsusi iqtisadi zonalar; Rusiya regionlarının innovasiya potensialı; Rusiya regionlarının inkişafı məqsədilə maliyyə bazarı alətlərinin istifadəsi; regionların inkişaf mexanizmi kimi dövlət-özəl əməkdaşlığı, Rusiya regionlarına investisiyalar: xarici investorlar tərəfindən kapital qoyuluşu nümunələri.

Forumda Rusiya və Tatarıstanın dövlət, elm və işgüzar dairələrinin, həmçinin Rusiya və Tatarıstanla işgüzar əməkdaşlıqda müsbət təcrübə toplamış xarici şirkətlərin nümayəndələri çıxış edəcək.

Bundan başqa, forumda regionların iqtisadi inkişafının əsas investisiya layihələri və baza mexanzmlərinin təqdim olunduğu sərgi təşkil olunacaq.

AYİB-in iclası 20-21 may tarixinə planlaşdırılıb. Azərbaycan tərəfindən tədbirlərdə Azərbaycan Respublikasından bankdakı işlər müdiri, iqtisadi inkişaf naziri Heydər Babayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti