...

Azərbaycan prezidenti ipoteka kreditlərinin verilməsi ilə bağlı fərmana əlavələrin edilməsi barədə fərman verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2007 15:05 (UTC +04:00)
Azərbaycan prezidenti ipoteka kreditlərinin verilməsi ilə bağlı fərmana əlavələrin edilməsi barədə fərman verib

Azərbaycan, Bakı/ Trend / Azərbaycan prezidenti İlham Əliyev hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı 23 yanvar tarixli "İpoteka kreditlərinin verilmə mexanizminin təkmilləşdirilməsi" barədə fərmanına əlavələrin edilməsi barədə fərman verib. Bu barədə şənbə günü rəsmi mətbuat məlumat verib.

Dəyişikliklər Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının və gənc ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün edilib.

Prezidentin 23 yanvar 2007-ci il tarixli fərmanı ilə gənc ailələr, şəhid ailələrinin üzvləri (həyat yoldaşı və uşaqlar), Milli Qəhrəmanlar, məcburi köçkünlər, həmçinin bu statusa malik olan şəxslər, dövlət qulluğunda üç ildən az olmamaq şərtilə xidmət etmiş şəxslər, elmlər namizədi və emlər doktoru olan şəxslər, idmanda xüsusi nailiyyətləri olan şəxslərə güzəştli ipoteka kreditlərinin verilmə qaydaları təsdiq olunub.

Kreditin maksimum müddəti 30 il, ən yuxarı məbləği 35 min manat, kredit üzrə faiz dərəcəsi isə illik maksimum 4 faiz ola bilər.

Azərbaycan İpoteka Fondu (AİF) 2006-cı ilin mart ayından etibarən 2007-ci ilin mayına qədər mindən yuxarı kredit verib. AİF ipoteka kreditlərini 23 müvəkkil bank vasitəsilə maliyyələşdirir. 2006-cı ilin dövlət büdcəsindən AİF üçün 26 mln. manat, cari ilin büdcəsindən isə 20 mln. manat vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti