...

AZPROMO rəhbəri: "ABŞ Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün prioritetləri müəyyənləşdirib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2007 13:40 (UTC +04:00)
AZPROMO rəhbəri: "ABŞ Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün prioritetləri müəyyənləşdirib"

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ ABŞ Azərbaycanla kənd təsərrüfatı sahəsindəki əməkdaşlığın prioritetlərini müəyyənləşdirib. Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidovun Bakıda çərşənbə axşamı keçirilən Azərbaycan-ABŞ aqrobiznes forumunun nəticələrinə əsasən verdiyi məlumata görə, Amerika şirkətlərini Azərbaycandan xüsusən şirələrin, tomat pastası, meyvə və tərəvəzin idxalı maraqlandırır.

"Zənnimcə, tomat pastasının ixracı ilə bağlı potensial mövcuddur. Lakin meyvə-tərəvəzin ixracına ölkələrimiz arasındakı məsafə maneçilik törədir. Biznesmenlər özləri həll etməlidirlər" - deyə Məcidov bildirib.

Məcidov hesab edir ki, ABŞ iş adamlarının maraqları tamamilə Azərbaycana uyğun gəlir. Bu gün ölkədə şirə istehsal edən 7-8 şirkət var. Tomat pastasını isə 5-6 şirkət istehsal edir.

Forumda iştirak etmək üçün ABŞ-ın aqrar sahədə fəaliyyət göstərən 12 şirkət nümayəndələri artıq Bakıya gəlib. Azərbaycanı isə bu tədbirdə 150 biznesmen təmsil edir.

Xəbər lenti

Xəbər lenti