...

"Douing business" üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Amerika şirkətlərinin Azərbaycana marağı artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2007 17:42 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ABŞ Azərbaycan hökuməti ilə kənd təsərrüfatında texniki inkişaf üzrə layihələrin reallaşdırılması imkanlarını müzakirə etməyə hazırdır. Bu barədə çərşənbə axşamı Azərbaycan-Amerika aqrobiznes forumu çərçivəsində ABŞ Ticarət Departamentinin xüsusi nümayəndəsi Frenk Mermud (Mermoud) məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına miqyaslı daxilolmalar qeyri-neft sahəsinin, o cümlədən ölkədə böyük potensiala malik olan kənd təsərrüfatının inkişafı üzrə iri layihələri reallaşdırmağa imkan verir.

Azərbaycan Respublikası və ABŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün İqtisadi Şura yaradılıb. Amerikalı nümayəndə hesab edir ki, Azərbaycan hökuməti və prezidentinin diqqətini çəkmiş ölkədə DB-nin "Douing business" hesabatı çərçivəsində aparılan tədbirlər nəticəsində vəziyyət yaxşılaşacaq. Bu da Amerika şirkətlərinin Azərbaycana diqqətini daha çox cəlb edəcək. O, hesab edir ki, ABŞ üçün Azərbaycandan nar və zeytun ixracı maraq kəsb edə bilər.

Birləşmiş Ştatlar həmçinin Azərbaycan ekspertlərinin ixtisasının artırılması sahəsində də əməkdaşlığı davam etdimək niyyətindədir. Bu vaxta qədər müxtəlif sahələrdən olan 80 alim və ekspert ABŞ-da treninqlər keçib. Bu il daha bir neçə alimin ABŞ-a səfərini təşkil etmək planlaşdırılır, deyə Mermud bildirib.

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov hesab edir ki, aqrobiznes forumu ABŞ-la mal dövriyyəsinin genişləndirilməsinə və Azərbaycan məhsullarının istehsal keyfiyyətinin artırılmasına xidmət edəcək. Bu da Avropa və digər bazarlara çıxış üçün ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək.

Nazirin sözlərinə görə, 2007-ci ilin birinci rübü ərzində artıq ölkədən kənd təsərrüfatı məhsullarının ixracında kifayət qədər artım müşahidə olunur. 2006-cı ilin birinci rübündə ixrac 54 mln. dollar təşkil etmişdisə, 2007-ci ilin analoji dövrundə bu, 90 mln. dollar təşkil edib.

Tədbirin təşkilatçıları kimi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, AZPROMO və Azərbaycan-Amerika Ticarət Palatası çıxış edir.

Xəbər lenti

Xəbər lenti