...

"PRANT" yay aylarında Bakıda daşınmaz əmlaka olan qiymətlər barədə proqnozlarını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 15:01 (UTC +04:00)
"PRANT" yay aylarında Bakıda daşınmaz əmlaka olan qiymətlər barədə proqnozlarını elan edib

Azərbaycan, Bakı/müxbir Trend Ü. İsmayılova/ Yay aylarında Bakıda daşınmaz əmlaka olan qiymətlərdə artım proqnozlaşdırılmır. Bu barədə cümə axşamı ixtisaslaşdırılmış "PRANT" agentliyi məlumat verib.

Daşınmaz əmlak üzrə aparıcı beynəlxalq informasiya agentliyi olan "PRANT" Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir.

Şirkətdən verilən məlumata əsasən, Tarif Şurasının kommunal xərclər və enerjidaşıyıcılarına olan qiymətlərin artırılması barədə yanvar qərarından sonra ilin əvvəlindən daşınmaz əmlak bazarının ilkin bazarında artım 14 faiz, təkrar bazarda isə 30 faiz təşkil edib.

"Bu gün daşınmaz əmlak bazarı mövsümi durğunluq dövrünü yaşayır, bununla əlaqədar apreldən başlayaraq bu günə qədər ümumi təkliflər paketindən yalnız 10 faizi satılıb" - deyə "PRANT"dan bildirilib.

"Lakin bazarlarda qiymətlərin aşağı düşməsi proqnozlaşdırılmır, əksinə sentyabrın əvvəlindən mövsümün başlanması ilə bağlı qiymətlər artacaq" - deyə şirkətdən bildirilib.

Şirkətdən bildirilib ki, Tarif Şurasının telefon danışıqlarına olan abunə haqqının 0,7 manatdan 2 manatadək artırılması haqqında may qərarı Azərbaycanın daşınmaz əmlak bazarına təsir etməyib.

"Daşınmaz Əmlak Bazarı İştiakçıları" İctimai Birliyinin məlumatına əsasən, martda Bakıda daşınmaz əmlak bazarında qiymətlər iki faiz artıb və kvadratmetrə görə 948 dollar təşkil edib (fevralda bu məbləğ kvadratmetrə görə 929 dollar təşkil edib).

Ekspertlər bildirir ki, Bakıda daşınmaz əmlak bazarında durğunluq mövsümi səbəblərdən asılıdır.

Xəbər lenti

Xəbər lenti