...

"Pasa Sigorta": "Azərbaycan Sığortaçılar Assosiasiyası sığortaçılar və sığorta nizamlayıcısı arasında bağlayıcı həlqə olacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 15:59 (UTC +04:00)
"Pasa Sigorta": "Azərbaycan Sığortaçılar Assosiasiyası sığortaçılar və sığorta nizamlayıcısı arasında bağlayıcı həlqə olacaq"

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/ Azərbaycan Sığortaçılar Assosiasiyasının işi sığortaçılar və sığorta nizamlayıcısı arasında əlaqə nöqtəsi olacaq. Bu barədə cümə günü "Pasa Sigorta" şirkətinin baş direktor müavini Nofəl Rzayev bildirib.

Aparcı sığorta şirkəti olan "Pasa Sigorta" 3 mart 2006-cı il tarixdə qeydiyyata alınıb. Şirkət 1 mln. manat nizamnamə kapitalı ilə qapalı tipli səhmdar cəmiyyətdir.

Apreldə Azərbaycan Sığortaçılar Assosiasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Mayın 18-də beş şirkətin ("MBASK", "Standard Insurance", Beynəlxalq Sığorta Şirkəti, "Azersigorta", "Ateshgah") daxil olduğu İdarə Heyətinin ilk iclası keçirilib. Assosiasiyanın Müşahidəçilər Şurasına seçkilər iyunun 22-də keçiriləcək.

"Sığortaçıların və Dövlət Sığorta Nəzarəti şöbəsinin birgə işi Azərbaycanın sığorta bazarının bərabər inkişafına mane olan "Bad Business Practices"in (sui-istifadə təcrübəsi) aşkar olunmasına şərait yaradacaq" - Rzayev belə hesab edir.

O qeyd edib ki, sığorta bazarında bir və ya iki şirkətin həll edə bilməyəcəyi problemlər mövcuddur və buna görə də bu məsələlərin Assosiasiya və Dövlət Sığorta Nəzarəti səviyyəsində həll olunması daha səmərəli olacaq.

"Məsələn, Amerikada Sığortaçılar Assosiasiyası öz sıralarına bütün şirkətləri deyil, yalnız peşəkar şirkətləri qəbul edir və nizamlayıcı rolunu yerinə yetirmək hüququna malikdir. Fikrimcə, Azərbaycanın Assosiasiyası da bu iş təcrübəsini tətbiq etməlidir" - deyə o bildirib.

Rzayev vurğulayıb ki, USAID Azərbaycana 2007-2008-ci illər üçün sığorta bazarı, o cümlədən Azərbaycan Sığortaçılar Assosiasiyasına texniki yardım və təşəbbüs məqsədilə bir qrup məsləhətçi göndərmək niyyətindədir.

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) müstəqil hökumət təşkilatıdır. Təşkilata ABŞ-ın dövlət katibi bilavasitə rəhbərlik edir. Agentliyin fəaliyyəti inkişaf etməkdə olan ölkələrdə ABŞ-ın beynəlxalq maraqlarının dəstəklənməsinə, əhalinin həyat səviyyəsinin keyfiyyət və səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilib, həmçinin demokratiya və azad bazarın inkişafına yardım edir.

Xəbər lenti

Xəbər lenti