...

Düşənbədə TRASECA milli katiblərinin görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Avqustda Düşənbədə (Tacikistan) TRASECA nəqliyyat dəhlizi iştirakçı-ölkələrinin milli katiblərinin iclası nəzərdə tutulur.

Bu barədə Azərbaycanın bu qurumdakı milli katibi Akif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu, payızda Astanada keçiriləcək TRASECA hökumətlərarası komissiyasının iclasından öncəki sonuncu toplantı olacaq.

Konkret olaraq milli katiblərin görüşündə nəqliyyat dəhlizinin işində iştirak edən və bu dəhliz vasitəsi ilə daşımalar həyata keçirən iş adamlarının daxil olacağı biznes-şurasının yaradılması ideyası müzakirə olunacaq. Belə bir şuranın yaradılması nəqliyyat dəhlizində mövcud problemləri operativ şəkildə həll etmək imkanı yaradacaq.

Xəbər lenti

Xəbər lenti