...

Azərbaycanda minik avtomobili və üzən vasitələr istehsalına aksiz dərəcələri təsdiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın Nazirlər Kabineti Azərbaycanda hazırlanmış minik avtomobilləri, idman yaxtaları, istirahət üçün nəzərdə tutulmuş yaxtalar, həmçinin digər üzən vasitələr üçün aksiz dərəcələrini sıfır manat müəyyənləşdirib. Bu barədə hökumətdən məlumat verilib. Aksiz vergisi hər bir nəqliyyat vasitəsindən motorun hər kubsantimetrinə görə alınır.

Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, motorunun həcmi 2 min kubmetrə qədər olan avtomobillərin hər 1 kubsanitimetrinə görə vergi dərəcəsi 0,15 qəpik, 3 min kubmetrə qədər motorlara görə 300 manat + 2 min kub metrdən yuxarı hər kubsantimetrə 1 manat, 4 min kubmetrə qədər motorlar üçün 1300 manat + 3 mindən yuxarı hər kubsantimetrə 2 manat, 4 min kubmetrdən yuxarı motorlar üçün 3300 manat + 4 mindən yuxarı hər kubsantimetr üçün 4 manat müəyyən olunub.

Avtonəqliyyat vasitələrinə aksiz vergiləri 1 yanvar 2007-ci ildən qüvvədədir.

Xəbər lenti

Xəbər lenti