...

Azərbaycan Beynəlxalq Bankı elektron ödəmələrin həyata keçirilməsi üçün müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2007 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkənin aparıcı internet-provayederləri ilə elektron ödəmələr haqqında müqavilə imzalayıb. Bu barədə bankın cümə günü yaydığı məlumatında bildirilb.

Yeni müqaviləyə əsasən, ABB-nin müştəriləri "Azeronline" şirkətinin xidmətlərini bankın 530 bankomat və 65 informasiya köşkündə plastik kartlar vasitəsilə, həmçinin "İnternet-bankinq" sisteminin köməkliyi ilə ödəyə biləcək.

Hazırda "Azeronline" şirkəti xidmətlərinin ödənilməsi mümkünlüyü ADSL (Asymmetric Digital Subscriber Line) sistemi üzrə internetə qoşulmuş istifadəçilər arasında yayılıb. Lakin yaxın gələcəkdə virtual ödəmə sistemindən istifadə etmək imkanına həmçinin İnternet şəbəkəsinə "dial-up" vasitəsilə qoşulan müştərilər də malik olacaq.

Məlumatda bildirildiyi kimi, ABB elektron bankinq xidmətlərinin əhatəsini genişləndirməkdə davam edir. Bu gün bankın müştəriləri tamamilə pulsuz olaraq "İnternet-bankinq"ə qoşulmaq və istifadə etmək, elekrik enerjisi, Azercell və Bakcell mobil rabitə xidmətlərinə olan hesabların bankomatlar və ifnormasiya köşkləri vasitəsilə ödəmək, həmçinin "KartTransfer" xidməti vasitəsilə kartdan karta pul köçürmələrini həyata keçirmək imkanına malikdir.

Xəbər lenti

Xəbər lenti