...

Azərbaycanın Maliyyə Nazirliyi avroistiqrazların buraxılması üçün menecerin seçilməsi üzrə tenderin nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın Maliyyə Nazirliyində bazar ertəsi avroistiqrazların buraxılması üçün menecer və hüquqi xidmətlərin göstərilməsi üzrə tenderin nəticələri açıqlanıb.

Tender komissiyasının müavini, maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, avroistiqrazların buraxılmasında menecer yerinə 11, hüquqi xidmətlərin göstərilməsinə isə 4 namizədlik irəli sürülüb.

Onun sözlərinə görə, qiymətləndirmə birinci mövqe üçün 11, ikinci mövqe üçün isə 7 meyar üzrə aparılacaq.

Birinci mövqe üçün 11 namziəd sırasına UBS, Commerz-bank, UniCredit, Lehman Bank, Deutsche Bank, ABN Amro, Morgan Stanley, JP Morgan təkliflərini verib.

İnkinci mövqe üçün isə - Baker

UBS avrobondların yerləşdirlməsini 5 il müddətinə emissiya dəyərinin 0,125 faizi, 7 il üçün 0,275 faiz, 10 il üçün isə 0,3 faizlə təklif edir.

Commerz-bank 5 ilə 0,125 faizlə ödəmə, 7 ilə 0,155 faiz, 10 il üçün isə 0,175 faizlə təklif edir.

UniCredit 5 ilə 0,075 faizlə ödəmə, 10 il üçün isə 0,2 faizlə təklif edir.

Lehman

Is Investment ko-menecer kimi çıxış etmək istəyir. Nazir müavininin sölərinə görə, bu şirkətin təklifləri tenderin şərtlərinə uyğun deyil, amma ayrıca baxıla bilər.

Credit Swiss 5-7, yaxud 10 il müddətinə avroistiqrazların yerləşdirilməsini 0,1 faizlə, amma daha uğurlu fəaliyyət olacağı təqdirdə əlavə 0,05 faiz şərti ilə təklif edir.

DrezdnerBank 5-7-10 il müddətinə 0,1 faiz ödəmə təklif edir.

Deutsche Bank beş və 10 il müddətə 0,05 faiz ödəmə təklif edir.

ABN Amro avroistiqrazların yerləşdirilməsində 5 il müddətinə emissiaya dəyərinin 0,2 faizi, 7 ilə 0,225 faiz, 10 il üçün isə 0,25 faiz təklif edir.

Morgan Stanley avroistiqrazların yerləşdirilməsində 5 il müddətinə emissiaya dəyərinin 0,15 faizi, 7 ilə 0,175 faiz, 10 il üçün isə 0,2 faiz təklif edir.

JP Morgan avroistiqrazların yerləşdirilməsində 5 il müddətinə emissiya dəyərinin 0,095 faiz, 10 il üçün isə 0,145 faiz ödəmə təklif edir.

Hüquqi xidmətlərin göstrərilməsinə dair namizədlərin şərtləri:

Baker

Arnold

Fresh Fields Bruckhaus xidmətləri maksimum həddə 295 min dollara həyata keçirməyi təklif edir. Yerli partnyora ödəməni nəzərə almaqla isə 345 min dollar.

LeBoeuF, lamb, greene

Komissiyadan təkliflərin qiymətləndirliməsi üçün bir ay tələb olunduğu bildirilib. Tenderin qalibinin iyunun sonuna, ilk avroistiqrazın buraxılışı isə 2007-ci ilin payızına gözlənilir.

2007-ci il Dövlət Büdcəsinin icrası haqqında prezident sərəncamında avroistiqrazların buraxılış üçün 249 mln. manat nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti