...

Azərbaycanın hava nəqliyyatı üçün istismar sertifikatlarının verilməsi qaydaları təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 15:59 (UTC +04:00)

Azərbaycan,Bakı / Trend /Azərbaycanın Nazirlər Kabineti istismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələbləri təsdiq edib. Bu barədə hökumətin məlumatında bildirilib.

Sənəd "Aviasiya haqqında" qanuna müvafiq olaraq təsdiqlənib, Beynəlxalq Vətəndaş Aviasiyası Təşkilatının (ICAO) standartları və tövsiyələrinə uyğun hazırlanıb. Sənəd aviadaşınmaların təmin olunması üçün hüquqi və fiziki şəxslərə istismarçı sertifikatlarının verilməsi qaydalarını nəzərdə tutur və hava nəqliyyat vasitələrinin xarici sahibləri qarşısında milli maraqları müəyyən edir.

Azərbaycanda kommersiya təyyarlərinin istismarçıları mülkiyyət və mənsubiyyət formasından asılı olmayaraq sertifikatlaşdırmadan keçməlidir. Dövlət mülki aviasiya adminstrasiyasının sertifikatları olmadan kommersiya hava daşınmalarının həyata keçirilməsi qanunsuz hesab olunur.

Xəbər lenti

Xəbər lenti