...

Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri: "Azərbaycanın ÜTT-yə qəbulu üçün 40 qanunvericilik aktında dəyişiklik edilməlidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 16:36 (UTC +04:00)
Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri: "Azərbaycanın ÜTT-yə qəbulu üçün 40 qanunvericilik aktında dəyişiklik edilməlidir"

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ ÜTT-yə qəbul olunmaq üçün Azərbaycana uzun və çətin yol keçmək gərəkdir. Bu sözləri bazar ertəsi günü Azərbaycanın ÜTT-yə qəbulu ilə bağlı problemlərinə həsr olunmuş Dəyirmi masada Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, ÜTT-yə qəbul olunmaq üçün Azərbaycan 40 qanunverici aktda dəyişikliklər etməlidir. Hazırda bu istiqamətdə işlər aparılır. Bundan əlavə, Azərbaycan peşəkar kadrlar çatışmazlığı problemini həll etməlidir, ölkədə yüksək rəqabətədözümlük olmalıdır, gömrük prosedurları təkmilləşdirilməlidir. Eyni zamanda, ən vacib məqam var - statistik məlumatlara çıxış olmalıdır.

Məmmədov qeyd edib ki, rəsmi məlumatlara əsasən, bu gün Azərbaycanda işsizlər 1,2 faiz (53 min nəfər) təşkil edir. Lakin əslində bu, belə deyil. "Bu, ondan xəbər verir ki, ölkədə məlumat sahəsində şəffaflıq yoxdur" - deyə o vurğulayıb.

ÜTT 1995-ci il yanvarın 1-dən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti