...

Nazir: Bakıda daimi yaşayış yeri olmayan uşaqlar üçün sosial reabilitasiya mərkəzləri yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2007 18:39 (UTC +04:00)
Nazir: Bakıda daimi yaşayış yeri olmayan uşaqlar üçün sosial reabilitasiya mərkəzləri yaradılacaq

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daimi yaşayış yeri olmayan uşaqlar üçün sosial reabilitasiya mərkəzləri və müvəqqəti sığınacaqlar yaradacaq. Bunu çərşənbə axşamı əmək və sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

Ələkbərovun sözlərinə görə, tikinti işlərinə 2008-ci ildə Bakıda, daha sonra regionlarda başlamaq planlaşdırılır.

Yerlərin sayı müəyyən olunmayıb, belə ki, sığınacaqlar müvəqqəti olacaq, burda əsasən reabilitasiya və uşaqların bioloji ailələr, yaxud yaxınlarına qaytarılması ilə məşğul olunacaq.

Xəbər lenti

Xəbər lenti