...

"Kapital Bank"ın səhmlərinin 50 faizinin satışı üzrə hərracda iştirak hüququ əldə etmiş namizədlərin siyahısı dəqiqləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi iyunun 12-dən sonra "Kapital Bank" ASC-nin səhmlərinin 50 faizinin satışı üzrə hərracın qalibini elan etməyə hazırdır. Bu barədə çərşənbə axşamı Dövlət Komitəsinin rəhbər müavini Rüstəm Şahbazov məlumat verib. İştirakçıların təklifləri iyunun 8-dək qəbul oluna bilər.

Şahbazovun sözlərinə görə, təkliflərin qiymətləndirilməsi üçün Dövlət Komitəsi Azərbaycanın Maliyyə Nazirliyi və Milli Bankı ilə birgə seçim kriteriyalarını müəyyən edib. Hərracda iştirak etmək hüququna malik namizədlərin siyahısı artıq müəyyənləşdirilib. Dövlət Komitəsinin müavini 2007-ci ilin sonunadək hərrac qalibi ilə razılaşma imzalanmasının mümkünlüyünü istisna etməyib.

Hərraca dövlət iştirakının 50 faizədək azaldılması məqsədilə bank səhmlərinin yeni emissiyası çıxarılıb. Səhmlər bir səhmin 10 manat nominal dəyəri ilə 12 mln. manatlıq buraxılıb. Onlar beş lotla reallaşdırılacaq, hər lotun nominal dəyəri 2,4 mln. manatdır.

1 yanvar 2007-ci il göstəricisinə əsasən, bankın ödənilmiş nizamnamə kapitalı 12 mln. manat, elan olunmuş isə kapitalı isə 24 mln. manat təşkil edir. Bankın aktivləri 148,879 mln. manat, istiqrazları isə 123,094 mln. manat təşkil edir.

"Kapital Bank" 28 fevral 2000-ci il tarixdən fəaliyyət göstərir və 2111 əməkdaşı var.

Xəbər lenti

Xəbər lenti