...

UniBank may ayında diler əməliyyatlarının lideri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / May ayında dövlət qiymətli kağızlar bazarında (repo-əməliyyatlar bazarı istisna olmaqla) sövdələşmələrin həcminə görə dilerlərin renkinqinə əməliyyatların ümumi dəyəri 39,051 mln. manat olmaqla Unibank başçılıq edib. Bu barədə Bakı Fond Birjasının çərşənbə günü yaydığı məlumatda göstərilib. İkinci yerdə birincidən 8,118 mln. manat az, 30,933 mln. manat dəyərində diler əməliyyatları aparmış Yapi Kredi Bank Azerbaijan olub. Üçüncü mövqedə isə 11,145 mln. manat diler əməliyyatları ilə Bank Of Baku qərarlaşıb.

May ayında dilerlərin renkinqində birinciliyə iddia edənlərin aprel ayı ilə müqayisəsində vəsaitin həcmi artıb. Aprel ayında liderlik edən diler əməliyyatlarının həcmi 14,545 mln. manat təşkil edib. Bundan əlavə may ayında əməliyyat aparan şirkətlərin sayı beşdsən altıya qalxıb.

2007-ci ilin mahy ayında DQK bazarında əməliyyatların həcminə görə dilerlərin renkinqi.

Əməliyyatların həcminə görə yeri Əməliyyatların həcminə görə yeri Dilerlərin adı Əməliyyatların həcmi (AZN)
2 1 (^) UniBank 39.050.904,34
1 2 (Ў) Yapi Kredi Bank 30.932.923,46
3 3 (-) Bank Of 11.145.492,82
5 4 (^) AtaBank 7.526.786,74
4 5 (Ў) AzerTurkBank 5.703.298,68
- 6 (-) AzerigazBank 1000071,38

- Aprel 2007 - Aprel 2007 - May 2007

Xəbər lenti

Xəbər lenti