...

"Beynəlxalq Sığorta Şirkəti" kənd təsərrüfatınıın inkişafını stimullaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / "Beynəlxalq Sığorta Şirkəti" MMC "CTS-AGRO" MMC və pambıqçılıqla məşğul olan 250 fermerlə sığrota müqaviləsi imzalayıb. Şirkətin məlumatında bildirilib ki, bu risklərə görə, sığortanın məbləği 1.904.760 manat təşkil edib.

"Beynəlxalq Sığorta Şirkəti" gələcəkdə kənd təsərrufatının digər sahələrində də bu tip sığortalar tətbiq etməyi planlaşdırır. Bu sahədə iş artıq başa çatdırılıb və yaxın zamanlarda şirkət bu tip sığortaları əhalinin istifadəsinə verməyi planlaşdırır.

Azərbaycan bazarında 2002-ci il aprelin 1-dən fəaliyyətə balayan "Beynəlxalq Sığorta Şirkəti" fəaliyyətini davam etdirmək üçün lisenziya alıb. 1 aprel tarixində şirkətin nizamlama kapitalı 8 mln. 800 manat təşkil edib. Şirkət dördünün vacib olduğu 30 sığorta növü təklif edir.

Xəbər lenti

Xəbər lenti