...

Azərbayacan Milli Bankı xarici maliyyələşmənin stimullaşdırılması üçün Azərbaycanda ticari ipoteka üçün bazar şərtlərinin tətbiq olunmasını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı sosial ipotekanın ticari şərtlərlə verilən ipotekadan ayrılmasını təklif edir. Bunu AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bu, artıq 2007-ci ilin sonunda baş verə bilər.

"İpoteka kreditləşməsinin artım tempini nəzərə alsaq, onun maliyyələşdirilməsi həmişə dövlət hesabına həyata keçirilməməlidir. Dövlət büdcəsindən yalnız sosial ipoteka güzəştli şərtlərlə maliyyələşdirilməlidir. Ticari (kommersiya) ipotekası isə ancaq bazar şərtləri ilə verilməlidir",-deyə Rüstəmov hesab edir.

Məsələn, Latviya 2,5 mln. nəfər əhalisinə qısa müddətdə 8 mlrd. avro dəyərində ipoteka krediti verib. Bu kreditlərin əsas hissəsi xarici maliyyələşdirilmə hesabına təmin olunub.

AMB rəhbəri hesab edir ki, əgər Azərbaycanda ticari ipoteka maliyyələşdirilməsinin şərtləri hazırkı səviyyədə saxlanılsa, bu xarici investorlardan vəsaitlərin alınmasının qarşısını ala bilər, həmçinin əhalinin əlavə maliyyələşdirilməsi üçün əngəl ola bilər.

"Buna görə də digər iqtisadi təsisatlarla ciddi iş aparırıq və ipotekanın Azərbaycanda inkişafı üçün dövlət tərəfindən subsidiyalaşmanın yalnız sosial ipotekada saxlanılması təklif olunur. Amma daxili və xarici vəsaitlərin ipoteka kreditləşməsinə cəlb olunması üçün isə ipotekanı ticari əsaslarla tətbiq etmək lazımdır",-deyə Rüstəmov hesab edir.

Xəbər lenti

Xəbər lenti