...

Bankların Azərbaycanın şimal-qərb bölgəsinin sahibkarlarına verdiyi kreditlərin məbləği açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Azərbaycanın şimal-qərb bölgəsində fəaliyyət göstərən sahibkarlara ötən il banklar vasitəsi 167 layihə üzrə 6,58 mln. manat dəyərində yardım göstərilib. Hazırda isə bu ilin yanvar-may aylarında qəbul olunan 60-a yaxın layihə müzakirə olunur. Bu barədə Şəkidə İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə şimal-qərb rayonlarının regional şöbələrinin iştirakı ilə keçirilən zona müşavirəsində nazirliyin sahibkarlığın inkişafı şöbəsinin sektor müdiri Aydın Məmmədov məlumat verib. Onun sözlərinə görə, bazarda malların idxal və ixracını həyata keçirən xarici sahibkarlarla əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Məmmədov hesab edir ki, sahibkarların müvafiq istiqamətdə maarifləndirilməsi üçün praktik konfranslar intensiv keçiriləcək.

Şəki Bakıdan 360 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti