...

Mayda Bakıda mənzillərin icarə haqqı aprellə müqayisədə cüzi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Mayda Bakıda mənzillərin icarə haqqının orta göstəricisi 615 dollar təşkil edib. Bu barədə "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai təşkilatının yaydığı məlumatda bildirilir.

Ay ərzində qiymətlərin artımı 0,1 faiz təşkil edib.

Kommersiya obyektlərinin icarəsində artım 0,2 faizə bərabər olub (aprelin göstəriciləri ilə eynidir), qiymət isə bir kvadratmetr üçün 21,1 dollar təşkil edib. Bu mövsümi amillərlə bağlıdır.

Xəbər lenti

Xəbər lenti