...

Gəncə fabriklərində reydlərə başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi Gəncə Qənnadı və "Neon" Un fabriklərində gələn həftədən reydlərə başlayacaq. Bu barədə şənbə günü mərkəzin qidalanma bölməsinin müdiri Kamil Hüseynov məlumat verib.

Onun sözlərinə görə, reydlər İqtisadi İnkişaf Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçiriləcək. Reydlərin keçirilməsində məqsəd müəssisələrdə gigiyenik vəziyyətə necə riayət olunmasını müəyyənləşdirməkdir.

Məmmədov qeyd edib ki, sanitariya baxımından qüsurları olan müəssisələr 15 gün müddətində nöqsanlarını düzəltməsə, fəaliyyətləri dayandırılacaq.

Bir neçə gün öncə çörək sexlərində keçirilən reydlər zamanı üç çörəkbişirmə sexinə sanitar normalara riayət olunmadığından cəza tətbiq edilib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti