...

Ekspertlər: Xəzər–Azov kanalının tikintisi Qazaxıstanın "Bakı-Tbilsi-Qars" layihəsində iştirakına təsir etmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 18:02 (UTC +04:00)
Ekspertlər: Xəzər–Azov kanalının tikintisi Qazaxıstanın "Bakı-Tbilsi-Qars" layihəsində iştirakına təsir etmir

Qazaxıstan, Astana /müx. Trend K.Arınova/ Qazaxıstanın nəqliyyaq üzrə ekspertləri hesab edirlər ki, quru və su ixrac maşrutlarının coxşaxəliliyi ölkənin iqtisadiyyatına və tranzit potensialının artmasına müsbət təsir göstərəcək.

Prezident Nursultan Nazarbayevin Sankt-Peterburqda keçirilən Beynəlxalq iqtisadi forumunda MDB ölkələrindəki vəziyətlə bağlı nitqində bildirdiyi kimi, Mərkəzi Asiya enerji resursları ilə zəngindir, lakin öz resurslarını Avropaya maneəsiz çatdırmaq imkanına malik deyil. Bu məqsədlə alternativ marşrutlara ehtiyac var. O həmçinin qeyd edib ki, nəql marşrutlarının müəyyənləşdirilməsində iqtisadi amil əsas rol oynayacaq. "Nəql marşrutları sərfəli olan yerlərdən keçəcək", -deyə Qazaxıstan prezidenti qeyd edib. Nazarbayev həmçinin Xəzərdən Azova qədər su kanalının çəkilməsini təklif edib. Qazaxıstan ekspertlərinin fikrinə görə, bu kanal Bakı -Tbilisi-Qars dəmiryolunun çəkilməsinə və Qazaxıstanın bu layihədə iştirakına təsir etmir. Bakı-Tbilisi-Qars marşrutu ilə dəmir yolu layihəsində iştirak etmək istəyənlər əksinə olaraq "Avrasiya" kanalının tikintisinin elan olunmasından sonra aktivləşməlidirlər", - Qazaxıstanın nəqliyyat üzrə ekspertləri qeyd edib.

Xəbər lenti

Xəbər lenti