...

Azərbaycan prezidenti Sumqayıtdakı polietilen boruları zavodunda olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı günü Sumqayıtda polietilen borular istehsal edən zavodda olub. Zavodun inşası 2003-cı ildə başlayıb, müəssisəsi 2006-cı ildə istifadəyə verilib. Hazırda zavodun istehsalat gücü saatda 1 tondur. Müəssisə su, qaz və kanalizasiya borularının istehsalı ilə məşğuldur.

Zavodu "Dizayn Cenay Azərbaycan" Azərbaycan-Türkiyə BM idarə edir. Azərbaycan tərəfindən həmtəsisçi rolunda "Cenay Azərbaycan", Türkiyə tərəfindən isə Design Group çıxış edir.

Zavodun əməkdaşlar ştatı təxminən 50 nəfərdir. İstehsal üçün xammal Koreya, İsveçrə, Almaniya və Türkiyədən idxal olunur.

Xəbər lenti

Xəbər lenti