...

AZAL bir sıra istiqamətlər üzrə reyslərin sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Yaxın vaxtlarda "Azərbaycan hava yolları" (AZAL) Türkiyənin Antalya şəhərinə yeni reys açmaq niyyətindədir. Bu barədə çərşənbə axşamı AZAL-dan məlumat veriblər.

Eyni zamanda həftədə iki dəfəyədək Təl-Əvivə, yeddi dəfəyədək isə Mineralnıye Vodı (Rusiya) şəhərinə reyslər artırılıb. Hazırda Moskvaya reyslər də həftədə yeddi dəfə edilir.

AZAL həmçinin Türkiyənin Qars şəhərinə birbaşa aviareyslərin açılması imkanlarını araşdırır.

AZAL nümayəndələrinin bildirdiyinə görə, bu reys sentyabrda açıla bilər. Bir şərtlə ki, bu şəhərin hava limanı beynəlxalq status alsın. Bu uçuşların ATR markalı təyyarələrlə edilməsi planlaşdırılır. İki belə təyyarə Azərbaycana avqustda gətiriləcək.

Xəbər lenti

Xəbər lenti