...

Azərbaycanın və İsrailin Nəqliyyat nazirlikləri bəyannamə imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2007 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bu gün İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi və Azərbaycan Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə niyyət bəyannaməsi imzalanıb. Bu barədə çərşənbə axşamı İsrailin Bakıdakı səfirliyindən məlumat veriblər. Sənədi Israil tərəfdən nazir Şaul Mofaz və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.

Bəyannamə Azərbaycanın nəqliyyat naziri Məmmədovun İsrailə dördgünlük səfəri çərçivəsində imzalanıb. Görüşlər zamanı nəqliyyat sahəsində birgə işçi qrupun yaradılması barədə razılıq əldə olunub.

Nəqliyyat sahəsində əməkdaşlığı təcrübə mübadiləsi və müasir texnologiya, birgə layihələr və ticari əlaqələr fonunda həyata keçirmək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti