...

"Imair" aviaşirkəti Bakı-Bodrum-Bakı marşrutu üzrə birbaşa səfərlər təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ İynun 21-dən "Imair" aviaşirkəti Türkiyəyə Bakı-Bodrum-Bakı marşrutu üzrə birbaşa səfərlər təşkil edəcək. Şirkətdən verilən məlumata görə, səfərlər ancaq yay aylarında həyata keçiriləcək.

Cümə axşamı Tu-154 markalı təyyarə ilə həyata keçiriləcək səfərlərdə biletin qiyməti ekonom-klass 416 manat, biznes-klas 752 manat olacaq.

"Imair" şirkəti "Improtex Group" holdinqinn tərkibinə adaxil olan Azərbaycanda ilk özəl şirkətdir. Şirkətin Rusiya (Surqut), Özbəkistan (Daşkənd) və Qazaxıstanda (Almatı) filialları var.

Aviaşirkət 1994-cü ildə məhdud məsuliyyətli cəmiyyət kimi yaranıb və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Şirkətin ehtiyatarı "Gabriel" və "Sirena-2000" invertor sistemlərində saxlanılır, saxlanılma isə "Polet-Sirena", Amadeus", "Sirin" və "Galileo" distribyüter sistemləri vasitəsilə aparılır. Şirkətin əsas fəaliyyət istiqamətləri: yerli və beynəlxalq aviaxətlər üzrə sərnişinlərin, yüklərin, poçtun müntəzəm sərnişin və çarter resləri ilə daşınması, digər aviaşirkətlərin aviadaşımalarının saxlanılması və satışından ibarətdir.

Xəbər lenti

Xəbər lenti