...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2007 11:47 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova/ Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,85644 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyunun 11-12-də (1 ABŞ dolları üçün 0,8565 manat), minimum isə iyunun 13-15-də (1 ABŞ dollarına 0,8564 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
4 iyun 0,8575 11 iyun 0,8565
5 iyun 0,8571 12 iyun 0,8565
6 iyun 0,8568 13 iyun 0,8564
7 iyun 0,8566 14 iyun 0,8564
8 iyun 0,8566 15 iyun 0,8564
Həftə ərzində orta 0,85692 Həftə ərzində orta 0,85644

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dolları üsün 0,85505 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi iyunun 11-13-də (1 ABŞ dollarına 0, 8551 manat), minimum isə iyunun 14-də (1 ABŞ dollarına 0, 8549 manat) müəyyən olunub.

Həftə ərzində BEST-də valytulaşdırma ilə bağlı sövdələşmələr həmin gün həyata keçirilib (T+0): 11 iyunda - 0, 8551 AZN/USD məzənnəsi ilə $5,505 mln., 12 iyunda - 0, 8551 AZN/USD məzənnəsi ilə $8,25 mln., 13 iyunda - 0, 8551 AZN/USD məzənnəsi ilə $7 mln., 14 iyunda - 0, 8549 AZN/USD məzənnəsi ilə $6,316 mln. 15 iyunda bayramla əlaqədər sövdələşmələr olmayıb.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
4 iyun 0,8575 11 iyun 0,8565
5 iyun 0,8571 12 iyun 0,8565
6 iyun 0,8568 13 iyun 0,8564
7 iyun 0,8566 14 iyun 0,8564
8 iyun 0,8566 15 iyun 0,8564
Həftə ərzində orta 0,85692 Həftə ərzində orta 0,85644
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
4 iyun 0,8561 11 iyun 0,8551
5 iyun 0,8556 12 iyun 0,8551
6 iyun 0,8556 13 iyun 0,8551
7 iyun 0,8552 14 iyun 0,8549
8 iyun 0,8553 15 iyun -
Həftə ərzində orta 0,85556 Həftə ərzində orta 0,85505

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST bankları tərəfindən müraciətlər təqdim olunmayıb.

Araşdırılan müddət ərzində özəlləşdirmə çeklərinə olan qiymət iki manat azalıb və həftənin əvvəlindən 10 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti