...

Rusiya Dəmir Yol İdarəsinin rəhbəri "Şimal-Cənub" layihəsi ilə bağlı İran və Azərbaycanla razılığa gəlmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2007 19:16 (UTC +04:00)
Rusiya Dəmir Yol İdarəsinin rəhbəri "Şimal-Cənub" layihəsi ilə bağlı İran və Azərbaycanla razılığa gəlmək istəyir

Rusiya , Moskva/ müx. Trend R.Ağayev/ 18 iyun tarixində Moskvada Dəmir Yolları Beynəlxalq İttifaqın Baş Assembleyasının 70-ci sessiyası keçirilib, sessiyada Azərbaycan Dəmir Yol İdarəsinin numayəndələri də iştirak ediblər. Yubiley sessiyasında qloballaşma nöqteyi-nəzərindən Dəmir Yolları Beynəlxalq İttifaqın təşkilati struktur məsələləri və böyük sürətlə inkişaf proqramı nəzərdən keçirilib.

Yüksək sürətlə inkişaf üzrə Departamentin yaradılması, Dəmir Yolları Beynəlxalq İttifaqın 2006-cı il üçün maliyyə hesabatının hazırlanması və ölkələr arasında dəmir yolu rabitəsinin inkişafı istiqamətində əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılıb.

Rusiya Dəmir Yol İdarəsi QSC-nin prezidenti VladimirYakunin, Dəmir Yolları Beynəlxalq İttifaqın sədri Cey Batra və müxtəlif ölkələrdən digər nümayəndələr məruzə ilə çıxış ediblər.

Məruzəçilər müxtəlif ölkələrin dəmir yolu xəttinin regionlararası və ölkələrarası nəqliyyat-iqtisadi əlaqələr sisteminə inteqrasiyasının vacibliyini vurğulayıblar.

Həmçinin beynəlxalq nəqliyyat bazarında rəqabətin artırılmasının vacibliyi vurğulanıb. Yakuninin sözlərinə görə, çərşənbə axşamı o, Azərbaycan və İran Dövlət Dəmir Yol İdarəsinin nümayəndələri ilə görüş keçirəcək. Ölkələr Rusiya, Azərbaycan, İran vasitəsilə Avropadan Hindistan və Cənubi-Şərqi Asiya ölkələri istiqamətində vahid dəmir yolu rabitəsinin yaradılmasını nəzərdə tutan "Cənub-Şərq" nəqliyyat dəhlizinin reallaşmasını müzakirə edəcəklər.

"Biz hesab edirik ki, bu layihə ilə bağlı real işlər üzrə razılığa gələ bilərik" - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya Dəmir Yol İdarəsinin layihədə iştirakı bütün dəmir yolları tərəfindən təsdiq olunan üçtərəfli razılıq əsasında müəyyənləşib.

"Biz hesab edirik ki, dəmir yolunun tikiləcək 168 kilometrlik hissəsi "Cənub-Şərq" nəqliyyat dəhlizinin inkişafına təsir göstərəcək" - deyə Yakunin bildirib. Layihənin reallaşması üçün 400 mln. dollar tələb olunur ki, bunun da əsas hissəsini Azərbaycan sərhədinə qədər dəmir yol rabitəsi olmayan İran ayıracaq.

20 mln. dollar məbləğində müəyyən olunmuş işlərin Azərbaycanda aparılması zəruridir.

Azərbaycan nəqliyyat ekspertlərinin fikrincə, Azərbaycanın bu layihənin reallaşmasına tələsməsi lüzumsuzdur . Azərbaycan ərazisində görüləcək işlər çox deyil. Astara stansiyasına qədər yolun 8,5 km-ni, sərhəd və gömrük infrastrukturunu tikmək lazımdır. Həmçinin sərhəd dəmir yol körpüsünün tikilməsi də tələb olunur.

Xəbər lenti

Xəbər lenti