...

Azərbaycan İpoteka Fondunun Naxçıvan filialı fəaliyyətə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Artıq Azərbaycan İpoteka Fondunun (AİF) Naxçıvan filialı fəaliyyətə başlayıb. Bu barədə bazar ertəsi Azərbaycan Milli Bankından məlumat verilib.

Bankdan bildiriblər ki, fondun ilk filialının rəsmi açılışı iyunun 29-da baş tutub.

Açılış mərasimində Milli Bankın İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı, AİF-in icraçı direktoru Faiq Məmmədov, Milli Bankın Naxçıvan filialının təmsilçiləri, habelə yerli kredit, sığorta və qiymətləndirmə şirkətlərinin nümayəndələri iştirak edib.

Naxçıvan filialının açılması ilə bağlı qərar Azərbaycan Milli Bankı tərəfindən bu ilin mayında qəbul olunub.

Xəbər lenti

Xəbər lenti