...

CİP Azərbaycan üçün yeni layihə hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend S.Babayeva / Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzindən verilən mlumata görə, bazar ertəsi Orta Asiya və Qafqaz üzrə Beynəlxalq Kartofçuluq Mərkəzinin sədri Karli Karlonun Bakıya səfəri başa çatıb.

Səfər zamanı o, elmi-aqrar mərkəzin rəhbəri Əsəd Musayevlə görüşüb, tərəvəzçilik üzrə elmi-tədqiqat institutunun mütəxəssisləri ilə müzakirələr aparıb, təşkilatın fəaliyyətinin təqdimatı ilə çıxış edib, yerli kartof növləri tlə tanışlıq məqsədilə Gədəbəy rayonuna səfər edib, gələcək münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparıb.

Mərkəzdən verilən məlumata görə, CİP Azərbaycan üçün kənar təsirlərə, yəni müxtəlif xəstəlik növlərinə davamlı yeni növlərin yaradılmasını nəzərdə tutan kartof seçimi layihəsi hazırlayır.

Layihə 2007-ci ilin sonuna qədər hazırlanacaq və BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müzakirəsinə veriləcək. Əgər layihə təşkilat tərəfindən təsdiq olunarsa, növbəti mərhələ layihənin reallaşması məqsədilə maliyyə mənbələrinin axtarılması olacaq.

Xəbər lenti

Xəbər lenti