...

Azərbaycan Beynəlxalq Bankı birja əməliyyatlarında liderliyi geri qaytarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjası (BBVB) iyun ayında valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyini təyin edib. Bu barədə bazar ertəsi Valyuta Birjasının yaydığı məlumatda göstərilib.

Lider banklar qrupuna Azərbaycan Beynəlxalq Bankı başçılıq edib.

Bağladıqları əqdlərin birjanın valyuta üzrə keçirdiyi hərracların ümumi həcmindəki payına görə lider banklar qrupuna həmçinin "Unibank" ASC, "Texnikabank" ASC, "Azəriqazbank" səhmdar-investisiya bankı və "Azər-Türk" ASC daxil olublar. ABB-nin payı 77,35 faiz, Unibank - 21,67 faiz, Texnikabank - 6,28 faiz, Azeriqazbank - 4,27 faiz və Azerturkbank - 2,45 faiz təşkil edib.

Ümumilikdə iyun ayında Bakı Banklararası Valyuta Bircasının valyuta bölməsində keçirilən hərraclarda 24 bank iştirak edib.

Həmin dövrdə BBVB-də 38 ticarət sessiyası keçirilib və nəticədə 120 əqd qeydə alınıb. Valyuta bölməsinin həcmi iyun ayında 176.273 mln. manat təşkil edib və dollar ekvivalentində 206.215 mln.-a çatıb. Ötən ilin iyun ayı ilə müqaisədə bu 59.791 mln. manata və yaxud 45.1% çoxdur. Cari ilin yanvar-iyun ayları ərzində birjanın həcm göstəriciləri ümumi hesabda 564,14 mln. manata yaxud 653.01 mln. dollara çatıb. Bu, ötən ilin müvafiq dövründən 165.364 mln. AZN və ya 41.4% çoxdur.

Xəbər lenti

Xəbər lenti