...

Birinci rübdə Azərbaycanın sığorta şirkətlərinin mükafatları təxminən 33 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ İlin birinci rübündə Azərbaycan sığorta şirkətlərinin yığdıqları mükafatların həcmi 2006-cı ilin analoji dövrü ilə müqayisədə 32,37 faiz artıqdır. Mükafatların ümumi həcmi 28,42 mln. manat təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Mükafatların arasında 0,11 mln. manat həyat sığortasının, 33,49 mln. manat "non-life" sığortasının, 4,02 mln. manat isə icbari sığortanın payına düşür.

2007-ci ilin birinci rübündə sığorta ödəmələri 7,33 mln. manat təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 39,07 faiz azdır.

Ödəmələr arasında 0,03 mln. manat həyat sığortası, 6,64 mln. manat "non-life" sığortası, 0,66 mln. manat isə icbari sığortanın payına düşür.

Qeyd edək ki, sığorta bazarında 29 şirkət fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti