...

Azərbaycanda Trans-Azərbaycan milli ekspress magistralı inşa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla "Bechtel" şirkətinin baş vitse-prezidenti Çarlz Redman və şirkətin infrastruktur departamentinin direktoru Don Marşal arasında çərşənbə axşamı keçirilən görüşdə Trans-Azərbaycan Milli ekspress yolunun istifadəyə verilməsi məsələsi müzakirə olunub.

Yolun Hacıqabul şəhərindən Gürcüstanla sərhədədək uzanacağı nəzərdə tutulur. Bu yol beynəlxalq standartlara uyğun inşa ediləcək. Nəticədə Gürcüstanla sərhədədək 4 saat ərzində çatmaq mümkün olacaq.

Sözügedən yol həmçinin ticarət və iqtisadi inkişaf üçün müasir infrastruktur şəbəkəni yaradacaq.

Bakıdan Gürcüstan sərhədinədək magistralların uzunluğu 503 kilometr təşkil edir.

Xəbər lenti

Xəbər lenti