...

ICD Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Özəl Sektorun İnkişafı İslam Korporasiyası (ICD) Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə korporasiyanın meneceri Əli Süleyman bildirib ki, hazırda Bank Standard və TuranBank-la danışıqlar aparılır. Ölkədə dövlət iştirakı olmadan özəl sektorun inkişafı üçün korporasiya Azərbaycan Beynəlxalq Bankı, Unibank və Rabitəbank-a kredit xətti açıb.

Qonaq 1999-cu ildə yaradılan və Ciddədə yerləşən ICD-nin fəaliyyəti barədə məlumat verib. Korporasiyanın nizamnamə kapitalı 1 mlrd. dollar təşkil edir. ICD-nin səhmlərinin 50 faizi İslam İnkişaf Bankına, 30 faizi ICD üzvü olan ölkələrə, 20 faizi isə maliyyə institutlarına məxsusdur. ICD artıq dünyanın 20 ölkəsində investisiyalaşdırmada iştirak edib.

Nazir ICD ilə əməkdaşlığın genişləndirilməsi üçün hər bir yardımı göstərməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti