Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / "European Cooperation Office"in Azərbaycan üzrə proqram meneceri Kaydo Sirel, proqramın koordinatoru Anjelo Barqoni və Azərbaycanla beynəlxalq əlaqələrə görə məsul şəxs Cuzeppe Buzini üçgünlük səfərlə Bakıya gəliblər. Avropa Birliyinin texniki yardım proqramları koordinasiya bürosunun (Tacis) Azərbaycan üzrə icraçı direktoru Rüfət Məmmədov bildirib ki, səfərin əsas məqsədi Azərbaycan hökuməti ilə Azərbaycanın dövlət büdcəsinin sektoral dəstəyinin yeni proqramı üçün öhdəliklər siyahısının müzakirəsidir. Bu yeni instrument Azərbaycana Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunub .
İnstrument üçün enerji sektoru, daha dəqiq desək büdcə maliyyələşməsi vasitəsi ilə bu sahədə qanunvericilik və inzibati islahatların aparılması nəzərdə tutulur. Belə bir instrument dövlət vəsaitləri ilə idarəetmə sisteminin müəyyən standartlara çatdırılmasını tələbə edir.
Məmmədovun sözlərinə görə, müvafiq instrument üçün ilkin büdcə 14 mln. avro (bu vəsaitlərin 10 faizi instrumentin texniki yardımı üçün nəzərdə tutulur) təşkil edir. "Vəsaitlər tranşlar vasitəsilə ayrılacaq. Hər bir tranşdan öncə şərtlərin yerinə yetirilməsi olmalıdır. İlk tranşın əldə edilməsi üçün öhdəliklər AB ekspertlərinin bu səfəri zamanı müzakirə olunacaq" - deyə Məmmədov bildirib.
Görüşlər Maliyyə, İqtisadi İnkişaf, Energetika və Sənaye nazirlikləri, habelə Prezident Aparatında nəzərdə tutulur.