...

Avropa Komissiyası PCA çərçivəsində Azərbaycan qanunvericiliyinin aproksimasiyası texnikası ilə bağlı treninqlərə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Avropa Birliyinin texniki kömək proqramının (Tacis) koordinasiya bürosunun icraçı direktoru Rüfət Məmmədovun verdiyi məlumata görə, Avropa komissiyası "Avropa birliyi və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilənin reallaşmasına dəstək" layihəsi olan "Tacis"in üçüncü mərəhələsi çərçivəsində treninqlərin keçirilməsinə başlayıb.

Onun sözlərinə görə, treninq üç istiqamətdə təşkil olunacaq: iş yerlərində təhlükəsizlik üzrə, aproksimsiyanın (milli qanunvericiliyin Avropa standartlarına yaxınlaşdırılması) keçirilməsinin qanunvericilik texnikası və normalar yaratma prosesi üzrə. Treninqlər avqustun sonuna qədər davam edəcək.

Treninqlərin iştrakçıları müxtəlif nazirliklərin və orqanların hüquqşünaslarıdır.

Layihə ümumi büdcəsi 1,5 mln. avro olmaqla 2004-cü il üçün nəzərdə tutulan milli fəaliyyət planı çərçivəsində həyata keçirilir. Layihə 2006-cı ilin avqustunda başlayıb və 13 ay müddətində həyata keçiriləcək.

Layihənin əsas istiqamətləri Azərbaycan hökumətinin institusional imkanlarının gücləndirilməsi, xüsusi texniki məsələlər üzrə şuralarla imzalanmış PCA müqaviləsinin strategiyasının icrasının reallaşması və monitorinqi, Azərbaycan qanunvericiliyinin Avropa Birliyinin tələblərinə uyğunlaşdırılması və siyasi dialoqun keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Xəbər lenti

Xəbər lenti