...

İstanbulda QİƏT ölkələri nəqliyyat nazirlərinin toplantısına hazırlaşırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2007 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Sabah İstanbulda (Türkiyə) Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinin nəqliyyat nazirləri şurasının toplantısı işə başlayacaq. Bu barədə çərşənbə günü Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Azərbaycan nümayəndə heyətinə nəqliyyat naziri Ziya Məmmədov başçılıq edir.

Görüş zamanı bu təşkilat çərçivəsində nəqliyat infrastruktur layihələrinin müzakirə olunması nəzərdə tutulur. Xüsusilə Qara dəniz ətrafında dairəvi avtomobil yolunun tikilməsi layihəsinə baxılması güman olunur.

Həmçinin QİƏT regionunda dəniz magistrallarının inkişafı, Qara dəniz sahili ölkələrin limanları arasında sərnişin və bərə əlaqələrinin bərpası məsələlərinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti