...

Dövlət Baytarlıq Xidməti mal-qara arasında brüselyoz yayılmasının gizlədilməsi faktını təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Xaçmaz rayonunun Xanlıqoba kəndində mal-qara arasında brüselyoz xəstəliyinin yayılmasının gizlədilməsi barədə yayılmış məlumatları təkzib edir. Bu barədə iyulun 5-də dövlət xidmətinin yaydığı məlumatda göstərilib.

Məlumatda qeyd olunub ki, "Baytarlıq haqqında" qanuna müvafiq olaraq Azərbaycan ərazisində, həmçinin Xaçmaz rayonunda bu xəstəliyin müəyyən olunması və qarşısının alınması üçün işlər görülür. "Hazırda Azərbaycanda brüselyoz xəstəliyinin ləğvi və bu xəstəliyin minimum səviyyəyə endirilməsi üçün müxtəlif layihələr həyata keçirilir" - deyə xidmət bildirib.

Brüselyoz - infeksion-allergiyalı xəstəlikdir.

Brüselyozun insan üçün patogen üç növü ayrılır: xırdabüynuzlu heyvanda brüselyoz yaradan brüsella; iri buynuzlu heyvanda brüselyoz yaradan brüsella; donuzlarda brüselyoz yaradan brüsella.

İnsan üçün xəstəliyin əsas mənbəyi iri və xırda buynuzlu mal-heyvan və donuzlardır.

Xəbər lenti

Xəbər lenti