...

Ekspert: Azərbaycanda unun qiymətinin qalxması enerji daşayıcılarının qiymətinin artması ilə izah olunur (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2007 16:29 (UTC +04:00)
Ekspert: Azərbaycanda unun qiymətinin qalxması enerji daşayıcılarının qiymətinin artması ilə izah olunur (video)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmaylova / Cümə axşamı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun verdiyi məlumata görə, Azərbaycan tədricən heyvandarlığın yüksək inkişaf etdiyi ölkəyə çevrilə bilər, belə ki, kənd yerlərində əkinçiliklə məşğul olmaq səmərəsiz bir fəaliyyətə çevrilir.

Son həftə ərzində ölkədə una olan qiymətlər 20% artıb.

Hüseynovun sözlərinə görə, bu, enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədardır və gələcəkdə qiymətin yenidən artacağı istisna edilmir.

2007-ci ilin yanvar ayında Tarif Şurasının qərarı ilə enerji daşıyıcıları və kommunal xidmətlərə olan qiymətlər qaldırılıb.

Ekspert qeyd edib ki, hazırkı şəraitdə kənd yerlərində yaşayan sakinlərin əkinçiliklə məşğul olmasına stimul yoxdur, belə ki, bu səmərəsizdir. Müfafiq proseslər qida məhsulunun çatışmazlığına təsir göstərir.

"Biz proqnozlaşdırırıq ki, Azərbaycanda əkinçiliklə məşğul olan insanların 30%-i torpaqları tərk edəcək və ya hevandarlıqla məşğul olacaq, yaxud da yeni iş axtarmaq məqsədilə paytaxta üz tutacaqlar" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti