...

Beynəlxalq sığorta şirkəti bir sıra MDB ölkələrində filiallarının açılması planını bəyan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Beynəlxalq sığorta şirkəti (BSŞ) Moskva və Gürcüstanda filial açılması imkanlarını nəzərdən keçirir. Bu barədə cümə axşamı BSŞ Müşahidə Şurasının sədri Cəmil Sultanov məlumat verib. Hazırda bu ölkələrin sığorta nəzarəti orqanları ilə danışıqlar aparılır.

Sultanov hesab edir ki, bu tədbirlər şirkətin hazırkı 8,8 mln. manatlıq kapitalı artırılmadan da həyata keçirilə bilər. Azərbaycanın sığorta haqqında qanununa müvafiq olaraq törəmə şirkətin investisiyası əsas şirkətin kapitalının 20 faizindən çox ola bilməz.

Bununla yanaşı BSŞ-nin kapitalının artırılması ilə bağlı da planları mövcuddur. Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev bildirib ki, bu məsələyə 2008-ci ildə baxılacaq.

BSŞ Azərbaycan Beynəlxalq Bankının 100 faiz təsisçiliyi ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti